“Sabunçu Bazarı” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq 28 iyun 2019-cu il saat 11.00-da səhmdar cəmiyyətinin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi 4 nömrəli ünvanda yerləşən inzibati binasında baş tutacaq.
Ümumi yığıncağın gündəliyi:
1. “Sabunçu Bazarı” Açıq Səhmdar Cəmiyyətinin idarəetmə, nəzarət orqanlarının seçilməsi.
2. “Sabunçu Bazarı” Аçıq Səhmdаr Cəmiyyətinin 2018-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi 4 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış оla bilərlər.
Eləcə də bax: Azərbaycanın ən məşhur şirkətlərinin - SİYAHISI