Media Consulting and Services media monitorinq qrupu 01-30 aprel 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub.
FED.az xəbər verir ki, Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 12 Televiziya kanal, 13 radio dalğası; 55 çap və 600 on-line media daxil olmaqla 680-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 22 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumların ilk beşliyini təqdim edirik.
Eləcə də bax: “Araz”, “Bazarstore”, “Bizim Market” və “Bravo”da ərzaq qiymətləri - MÜQAYİSƏ
Mobil rabitə
Azercell 1746
Nar 1452
Bakcell 1260
Bank sektoru
ABB 1450
Kapital Bank 1253
Paşa Bank 771
Accessbank 733
Unibank 526
Sığorta sektoru
Atəşgah 296
AXA MBASK 205
PAŞA 185
Ata 176
Günay 141
Ali məktəblər
BDU 2223
UNEC 1464
ADU 1109
ATU 1039
ADA 868
Hotel
Landmark 133
Hilton 131
Fairmont 64
JW Marriott Absheron 60
Hyatt Regency 55
Qeyd edək ki, aylıq nəticələr agentliyin facebook, twitter və web səhifələrində də yerləşdirilib.
Əlavə etmək istərdik ki, elan olunan statistika yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq istəyən şəxslər [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.
Media Consulting and Services Qrupu 2004-cü ildən fəaliyyət göstərir. Fəaliyyətimizin əsas istiqamətləri - media monitorinq, media və ictimaiyyətlə əlaqələr, sosial media marketinq, tədbirlərin təşkili və s. xidmətlərdir. Media Consulting and Services hazırda bir çox yerli və xarici brendlərə peşəkar xidmət göstərir.