Rusiyanın onlarla şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üzrə layihələrdə iştirak etmək üçün müraciət edib.
Eləcə də bax: “Şərqi Zəngəzurda sənaye parkında Rusiya ilə birgə mərkəz yaradılıb”
FED.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.
"Biz Rusiya şirkətlərinin Qarabağın bərpasında marağının yüksək səviyyəsini məmnunluqla qeyd edirik və artıq konkret nəticələr var. 2021-ci ilin oktyabrında "KamAZ" İstehsalat Birliyi ilə Gəncə Avtomobil Zavodu arasında Şərqi Zəngəzur iqtisadi regionunun ərazisindəki sənaye parkında birgə mərkəz yaradılıb. Həmçinin, Rusiya şirkətlərinin iştirak etdiyi mühüm layihələr arasında Horadiz-Ağbənd layihəsini, dəmir yollarının bərpasını qeyd etmək olar. Bu layihələrdə dəmiryol relslərini Rusiya şirkətləri tədarük edir. 20 min dəmiryol relsinin tədarükü barədə müqavilə mövcuddur ki, bunun üçdəbir hissəsi artıq tədarük edilib", - nazir deyib. (Trend)