Rusiyanın məşhur ticarət şəbəkəsi - hipermarketlər şəbəkəsi "Karusel" fəaliyyətini dayandırıb.
Rusiyada IKEA-nın Belarus analoqunun - İlk Mağazası Açılır
Rusiyanın ən böyük riteylər şirkətlərindən olan "X5 Group" ona məxsus olan "Karusel" hipermarketlər şəbəkəsinin fəaliyyətinə son verib.
FED.az xəbər verir ki, bu barədə şirkət özü elan edib. Bildirilir ki, son illər "X5 Group" şirkəti "Karusel" şəbəkəsini tədricən azaldırdı. Bu adla fəaliyyət göstərən sonuncu hipermarket fevralın sonunda fəaliyyətin dayandırıb.
Xatırladaq ki, 2019-cu ilin sonuna "X5" şirkəti 91 "Karusel" hipermarketini idarə edirdi. Amma dəyişikliklər nəticəsində onlardan 40-ı "Perekrestok" ticarət şəbəkəsinin idarəçiliyinə verilib.
Bəzi marketlər isə ya anbar kimi istifadə edilir, ya da satılıb.