Rusiya hökumət Rusiya Federasiyasını tərk edən xarici şirkətlərin müflisləşməsi və əmlakının milliləşdirilməsi də daxil olmaqla tədbirlər üzərində işləyir.
FED.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev bildirib.
Yeri düşmüşkən, Medvedev McDonald's-ın Rusiyada mağazalarını bağlamasına reaksiya verib və qeyd edib ki, Rusiyada artıq bulku arasında kotlet hazırlamağı bilirlər. (Marja)