“McDonald’s” restoranlar şəbəkəsi Rusiyada 850 müəssisənin bağlanmasının ona ayda təxminən 50 milyon dollara başa gəldiyini açıqlayıb.
Eləcə də bax: “McDonald’s” da Rusiyadakı restoranlarını - BAĞLAYIR
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Bu, bizim kimi qlobal korporasiya üçün həqiqətən mürəkkəb və çaşqın bir vəziyyətdir”, – deyə şirkətin maliyyə direktoru Kevin Ozan söyləyib. O vurğulayıb ki, “McDonald’s” Rusiyadakı işçilərinə maaş verməyə davam edəcək.
Xatırladaq ki, martın 8-i baş direktor Kris Kempçinski Rusiyada 850 müəssisənin müvəqqəti bağlandığını elan etmişdi. Qərar Ukraynada hərbi əməliyyatla əlaqədar qəbul edilmişdi. Şirkət restoranlarının nə qədər müddətə bağlandığını açıqlamır.