Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Siyahıya Rosselxozbank və Moskva Kredit Bankı, həmçinin Belarus İnkişaf Bankı daxil edilib.
Eləcə də bax: Yaponiya Rusiyanın baş nazirinə sanksiya - TƏTBİQ EDİB
FED.az xəbər verir ki, bu barədə TASS Yaponiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.
Qeyd olunub ki, onların aktivləri dondurulacaq.
Bundan əlavə, Yaponiya Ukrayna ətrafında yaranmış vəziyyətə görə Rusiyaya mal ixracına qadağaları genişləndirəcək və sənaye infrastrukturunun möhkəmlənməsinə töhfə verəcək. (Apa)