Türkiyə və Rusiya, Rusiya Federasiyasından çıxan brendlərin türk markaları ilə əvəzlənməsi ilə bağlı danışıqların yeni mərhələsinə qədəm qoyurlar.
Eləcə də bax: “Zara” adını dəyişərək Rusiya bazarına - QAYIDIR
FED.az əbər verir ki, bu barədə Rusiya Ticarət Mərkəzləri Şurasının prezidenti Dmitri Moskalenko bildirib.
"Rusiyadan çıxan brendləri türk markaları ilə əvəz etmək üçün danışıqların yeni mərhələsinə qədəm qoyuruq. Bu payızda Rusiya daxilində pərakəndə satış sektorunda 420 futbol sahəsinə bərabər 3 milyon kvadratmetr satış sahəsinin boş qalacağını proqnozlaşdırırıq. Bu sahələri Türk markaları tuta bilərlər. Biz danışıqlar aparırıq ki, Türkiyə şirkətləri Rusiyada uzun müddət qalsınlar və sərfəli sərmayələr qoysunlar " - bazar ertəsi "Hürriyyət" qəzeti onun sözlərindən sitat gətirib. (Marja)