Rusiyada «Puma», «Adidas», «Reebok» və «New Balance» idman ayaqqabılarının kütləvi saxtalaşdırılması ilə bağlı cinayət işləri açılıb.
"Rusiyada rekord sayda yerli brendlər peyda olub"
FED.az biznes və maliyyə xəbərləri portalı RBC-ya istinadən xəbər verir ki, Vladimir vilayətində saxta ayaqqabı olan anbarlar Daxili İşlər Nazirliyinin və FSB-nin əməkdaşları tərəfindən aşkar edilib – burada ümumilikdə təxminən 640 min cüt saxta ayaqqabı tapılıb.
Qeyd olunur ki, Vaşutino kəndinin istehsal sexində təxminən 40 min cüt «New Balance» və «Puma», eləcə də təxminən 100 min cüt «Adidas», «Ecco», «Nike» və «Reebok» ayaqqabıları tapılıb.
Binanın sahibi olan “Kross” MMC-nin əməkdaşları ilə müsahibə apardıqdan sonra hüquq-mühafizə orqanları Vladimir vilayətinin Lakinsk şəhərinə gediblər. Orada şirkətlərin icarəyə götürdüyü anbarlarda daha yarım milyon cüt ayaqqabı aşkar edilib. Artıq məsələ ilə bağlı cinayət işi qaldırılıb.