Rusiya prezidenti Vladimir Putin ölkədə rekord sayda yerli brendin peyda olduğunu bildirib.
FED.az xəbər verir ki, “Son bir ildə rekord sayda yeni rus brendləri yaranıb, xarici brendlərin payı azalır”, - dövlət başçısı hökumət üzvləri ilə görüşündə bildirib.
Görüşdə Putin “Rusiya brendlərinə dəstək” məsələsini müzakirə etməyi təklif edib və hesabat üçün sözü İqtisadi İnkişaf naziri Maksim Reşetnikova verib. (Marja)