Rusiyada "Rosfinmonitorinq"dən (Rusiya Federasiyasının Federal Maliyyə Monitorinqi Xidməti) "Roshen" və "Konti" şirniyyatlarının, həmçinin "Nemiroff", "Первак", "Морошка" и "Хортица" araqlarının yoxlanılması və satışının qadağan edilməsi xahiş olunub, çünki bu ticarət nişanları Ukrayna vətəndaşlarına məxsusdur.
"Nestle" Rusiyadakı biznesini tamamilə dayandırmağı planlaşdırmır
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Xidmətə müvafiq sorğu "Ədalətli Rusiya - Həqiqət naminə" fraksiyasının rəhbərinin birinci müavini Dmitri Qusevdən daxil olub.
Deputat müraciətinə bu məhsulların hansı şəbəklərdə satıldığını da əlavə edib. Onun sözlərinə görə, malları "Wildberries" və "Ozon" mağazalarından, eləcə də bir çox mağazalar şəbəkəsindən almaq olar.
Millət vəkili sadalanan brendlərin sahiblərinin Ukrayna vətəndaşları olduğuna və bəzi benefisiarların ofşor sxemlərlə gizləndiyinə diqqət çəkib.
"Bundan əlavə, məhsulların satışından əldə olunan gəlirlər Ukrayna ordusunun maliyyələşdirilməsinə sərf olunur", - deputat əlavə edib.
Bununla əlaqədar, Qusev "Rosfinmonitorinq"dən lazımi yoxlama aparmağı və bu markaların mallarının Rusiyada satışının qadağan edilməsi imkanlarını nəzərdən keçirməyi xahiş edib. (Marja)