İsveçrə konserni Nestle Rusiyadakı biznesini tamamilə dayandırmağı planlaşdırmır.
“Nestle” Rusiyada məşhur brendlərinin işini dayandırıb
FED.az xəbər verir ki, bunu şirkətin baş maliyyə direktoru Fransua-Xavier Rocer cümə axşamı bildirib.
Rocer jurnalistin sualını cavablandırarkən deyib: “Bizim Rusiyadakı bütün fəaliyyətləri məhdudlaşdırmaq planımız yoxdur”.
Mart ayında Nestle Rusiyadan məhsulların ixracını və Rusiyaya idxalını, “sosial əhəmiyyətli” kateqoriyalı məhsullar və MDB ölkələrinə ixracı istisna olmaqla", dayandırıb.
Cümə axşamı günü Nestle SA, şirkətin xalis mənfəətinin keçən il 45% azalaraq 9,27 milyard İsveçrə frankına (10 milyard dollar) düşdüyünü göstərən hesabat yayıb. (Marja)