Rusiyanın Ukraynanı işğal etməsi və bununla əlaqədar olaraq Rusiyaya tətbiq edilən sanksiyalar Rusiyaya banan gətirilməsində problem yaradıb.
FED.az xəbər verir ki, sanksiyalar səbəbindən Rusiyanın xaricdən banan almasında problem yaranıb. Dünyanın ən böyük banan ixracçılarından olan Ekvadorun fermerləri Rusiyaya banan tədarük edə bilmirlər.
Statistikaya görə, Rusiya Ekvador fermerləri üçün əsas bazardır. Bu ölkədə becərilən bananın 20%-i Rusiyaya göndərilir.
Amma sanksiyalar və dəniz limanlarındakı tıxaclar səbəbindən gəmi şirkətləri Rusiyaya daşımaları dayandırıblar. Nəticədə məhsullarını Rusiyaya göndərə bilməyən fermerlər onu ya dəyər-dəyməzinə satır, ya da pulsuz paylamalı olublar. Belə ki, fermerlərdən biri 20 min ton bananı xarab olmaması üçün pulsuz payladığını elan edib.
Analoji problemlə ekvadorlu gülçülər də qarşılaşıblar.
Azərbaycanın banan bazarı yenidən monopoliyaya qayıdır? – «TƏLƏB EDİRLƏR Kİ, İDXALI AZALDIN»
Eyni problemlə Rusiyaya gül göndərən Ekvador fermerləri də üzləşib. Eləcə də Paraqvaylı ət istehsalçıları da artıq Rusiyaya ət göndərə bilmirlər. Baxmayaraq ki, Rusiya onlar üçün 2-ci ən böyük bazar idi. Paraqvayın mal-qara istehsalçıları assosiasiyasının rəhbəri Pedro Qayi bildirib ki, fermerlər Rusiyaya sata bilmədikləri əti nə edəcəklərini bilmirlər.