Rusiya qızıl ehtiyatlarının 99,8 faizi BƏƏ, Türkiyə və Çinin payına düşüb
Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı qızıl pul nişanlarının - SATIŞINA BAŞLANILDI
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə və Çin Qərbin sanksiyalarından sonra Rusiya qızılının əsas alıcıları seçilib. Bu barədə “Reuters” çatdırılmalara dair gömrük məlumatlarına istinadən yazır.
FED.az xəbər verir ki, 24 fevral 2022-ci ildən 3 mart 2023-cü ilə qədər BƏƏ 4,3 milyard dollar dəyərində 75,7 ton qızıl idxal edib və bu Rusiya xammalının əsas alıcısına çevrilib. Eyni zamanda, 2021-ci ildə Rusiya ölkəyə cəmi 1,3 ton ixrac edib. Çin və Türkiyə də liderdir - eyni dövrdə hər iki ölkə hər biri 20 tona yaxın qızıl idxal edib. Çinə çatdırılmaların Honq-Konqdan keçdiyi qeyd edilir.
Rusiya qızıl tədarükünün ümumilikdə 99,8 faizi BƏƏ, Türkiyə və Çinin payına düşüb. Eyni zamanda ixracın ümumi həcmi 116,3 ton təşkil edib, lakin Metals Focus konsaltinq şirkətinin hesablamalarına görə, 2022-ci ildə Rusiya 325 ton qızıl hasil edib. Mütəxəssislər qızılın qalan hissəsinin ya ölkədə qalıb, ya da rəsmi statistikaya daxil edilməyən ticarət əməliyyatları zamanı xaricə çıxarıldığını ehtimal edirlər.