Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkəmizin tarixində ilk dəfə olaraq tədavülə buraxılan və yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının mayın 10-dan etibarən satışına başlanılıb.
Bu barədə FED.az-a AMB-dən məlumat verilib.
Tədavülə buraxılan investisiya məqsədli pul nişanları ilə bağlı ətraflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib.
https://www.cbar.az/moneymarks/coins?category=2
Bu pul nişanlarının satışı Mərkəzi Bankın onlayn satış sistemi (https://coin.e-cbar.az/), Mərkəzi Bankın əhaliyə xidmət kassaları, eləcə də banklar vasitəsilə təmin edilir.
Eyni zamanda investisiya məqsədli bu pul nişanlarının Mərkəzi Bank tərəfindən geri alışı da həyata keçiriləcəkdir