Sberbank, Akkuyu atom elektrik stansiyasının tikintisinin bir hissəsini maliyyələşdirəcək.
Eləcə də bax: Rusiyada bankdan saxta yolla 109 mln. dollar kredit götürən azərbaycanlı - Tutulub
FED.az "Sberbank"ın yaydığı açıqlamaya istinadən xəbər verir ki, Akkuyudakı atom stansiyasındakı dörd modulun inşası üçün 7 illik 800 milyon dollarlıq kredit ayrılacaq.
Mersində Akkuyuda qurulacaq stansiyanın cəmi xərcinin 20 milyard dollar olacağı nəzərdə tutulur. Layihənin 10 milyard dollarlıq maşın, avadanlıq və inşaat qisiminin Türkiyə şirkətləri tərəfindən qarşılanması planlaşdırılır.
2 Aprel 2018-ci il tarixində Türkiyə Atom Enerjisi Təşkilatı (TAEK) stansiyaya 1-ci güc modulu üçün inşaat lisenziyası verib.
3 Aprel 2018-ci il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə Akkuyu NGS-in 1-ci güc modulunun təməlqoyma mərasimi keçirilib. Mərasim ilə, stansiyadakı 1-ci güc modulunun inşaatı rəsmi olaraq başlamışdr. (Marja)