14 fevral, "Sevgililər Günü"nə demək olar ki, az müddət qalıb.
Ötən il Azərbaycanda restoranların dövriyyəsi 13%-dən çox artıb
Bu tarixi xüsusi şəkildə qeyd etmək istəyənlər artıq restoranlarda rezervasiya etməyə başlayıblar.
Maraqlıdır, bəs cütlüklər "Sevgililər Günü"nü belə məkanlarda qeyd etmək üçün nə qədər pul xərcləyəcəklər?
FED.az xəbər verir ki, paytaxtda yerləşən digər, daha böyük restoranlarda isə qiymətlər bir qədər fərqlidir. Belə məkanlarda əksər hallarda əvvəldən rezervasiya etmək üçün müəyyən məbləğdə beh tələb olunur.
Ümumi qiymətlərə gəldikdə isə, restoran inzibatçılarının sözlərinə görə, təlabat artsa da, menyularda adi günlərə nisbətən böyük bir fərq olmur.
Belə ki, ortalama cütlüklər lüks məkanlarda 150-300 manat, orta səviyyəli restoranlarda 80-150 manat, daha sadə və ailəvi məkanlarda isə 50-120 manat arası məbləğ ödəməlidirlər.