Ramazan ayının başlamasına bir neçə gün qalıb. Bu ay ərzində oruc tutanlar bəzən evdə, bəzən də restoranlarda iftar edirlər. Bəs bunlardan hansı daha sərfəlidir? Əvvəlcə paytaxt sakinlərindən soruşduq.
Bakının restoranlarda ən çox gəlir əldə edən rayonları - SİYAHI
FED.az xəbər verir ki, restoranlardan birinin meneceri Şahin Surxayev deyir ki, iftar menyusuna şorba, əsas yemək, salatlar, xurma və içkilər daxildir.
Mərkəzdə yerləşən restoranlardan birinin meneceri Şövqi Novruzov isə bildirir ki, burada iftardan sonra müştərilərə çay və mürəbbə də ikram olunur.
Menecerlər qeyd edir ki, Ramazan ayı ərzində restoranlarda iftar edənlərin sayı kifayət qədərdir. (Xəzərxəbər)