“Qanunvericilik ictimai iaşə müəssisələrində istehlakçının sifariş etdiyi məhsulun dəyərindən başqa, xidmət haqqının da ödənilməsini qadağan etmir”.
Eləcə də bax: Restoranlarda bu qaydalara əməl olunmalıdır
FED.az Banker.az-a istinadən xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı xarici ölkələrin təcrübələrini araşdırarkən məlum olub ki, bazar iqtisadiyyatının inkişaf etdiyi əksər ölkələrdə bu sistem var və o qadağan edilməyib: “Azərbaycanda da bu, qanunvericiliklə qadağan edilməyib. Biz bunun qadağan edilməsinin tərəfdarı deyilik. Ancaq bunun tərəfdarıyıq ki, sifarişdən əvvəl istehlakçıya xidmət haqqının olması barədə məlumat verilməlidir. Ümumiyyətlə, ictimai iaşə müəssisələrində menyu olmalıdır. Orada təqdim edilən bütün malların tərkibi, çəkisi və qiyməti yazılmaldır. Menyuda istehlakçının əlavə olaraq xidmət haqqı ödəyəcəyi də xüsusi qeyd edilməlidir”.