Ən böyük və məşhur Çin restoran şəbəkələrindən biri olan Haidilao, keçən ilin yekunları üzrə 711 milyon dollara qədər zərər gözləyir.
Eləcə də bax: Çinin xarici ticarət dövriyyəsində yeni rekord - 6 TRİLYON DOLLARI KEÇİB
FED.az xəbər verir ki, bu barədə şirkətin bazar ertəsi Honq-Konq birjasında dərc edilmiş məlumatında deyilir.
“İl ərzində 3,8-4,5 milyard yuan (600-711 milyard dollar) xalis zərərin qeydə alınacağı gözlənilir”, - deyə məlumatda bildirilir. 2020-ci ildə restoranlar şəbəkəsi operatoru 309,5 milyon yuan (49 milyon dollar) mənfəət əldə etmişdi.
Keçən ilin noyabr ayında Haidilao Group, biznesin yenidən təşkilinin bir hissəsi olaraq, aşağı davamiyyət və zəif əməliyyat performansı olan 300 müəssisəsini müvəqqəti bağlamaq qərarını açıqlayıb. Onların fəaliyyətinin iki il ərzində “uyğun vaxtda” bərpa ediləcəyi planlaşdırılır.
1994-cü ildə orta məktəbi bitirməyən keçmiş traktor zavodunun qaynaqçısı Zhang Yong tərəfindən yaradılmış ədviyyatlı Szechuan restoranının hazırda Çinin demək olar ki, bütün əyalətlərində, eləcə də Sinqapur, Yaponiya, ABŞ, Böyük Britaniya, Malayziya, Vyetnam, İndoneziya və Avstraliyada 1600-ə yaxın filialı var. Haidilao ənənəvi Çin samovarında “hoqo” (“yanan qazan”) bişirmə üzrə ixtisaslaşıb. Bu, müştəriyə birbaşa masa arxasında aşpaz kimi çıxış etmək və prosesdən həzz almaq imkanı verir. (Marja)