Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsi D tipli nasos və D tipli nasos aqreqatlarının (mühərriklə birlikdə) satın alınması üzrə müqavilə imzalayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Universal Pro” Qapalı Səhmdar Cəmiyyəti olub.
Müqavilənin ümumi məbləği 1 milyon 590 min 50 manat təşkil edir. Layihənin ehtimal olunan qiyməti 3 milyon 227 min 701 manatdır.
Qeyd edək ki, “Universal Pro” QSC bundan əvvəl də Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsinə məxsus bir sıra satınalmaların qalibi olub. Belə ki, şirkət:
-
15 oktyabr 2025-ci il tarixində “Sıyırtmə, əks klapan və flyansların satın alınması” tenderində 179 min 796 manat 25 qəpik,
-
3 oktyabr 2025-ci il tarixində “Elektrik idarəetmə lövhələri və cihazlarının satın alınması” tenderində 205 min 567 manat 80 qəpik,
-
28 avqust 2025-ci il tarixində “Elektrik mühərriklərinin satın alınması” tenderində 1 milyon 185 min 900 manat,
-
18 noyabr 2024-cü il tarixində isə “Elektrik mühərriklərinin satın alınması” tenderində 304 min 962 manat 99 qəpik məbləğində müqavilələr imzalayıb.













