“Göradil Quşçuluq” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, ümumi yığıncaq 31 mart 2026-cı il saat 15:00-da Abşeron rayonu, Göradil kəndində, “Göradil Quşçuluq” ASC-nin inzibati binasında baş tutacaq.
Yığıncağın gündəliyinə bir məsələ daxildir: “Göradil Quşçuluq” ASC-nin idarə heyətinin üzvlərinin və idarə heyətinin sədrinin seçilməsi.
Bildirilib ki, yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Səhmdarlar şəxsiyyətlərini təsdiq edən sənədlə, vəkil edilmiş nümayəndələr isə notarial qaydada təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə iştirak etməlidirlər.












