"Bakışəhərtikintimexanikləşdirmə” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, cəmiyyətin yaydığı məlumata görə, ümumi yığıncaq 6 aprel 2026-cı il tarixində saat 11:00-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 37 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə bir neçə mühüm məsələ daxildir. Bunlar cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi, qalıq əmlakın (pul vəsaitinin) səhmdarlar arasında bölüşdürülməsi planını əks etdirən hesabatın təsdiqi, cəmiyyətə məxsus səhmlərin ləğv olunaraq dövriyyədən çıxarılması, eləcə də digər məsələlərin müzakirəsidir.
Səhmdarlar gündəlikdə yer alan məsələlərlə bağlı sənədlərlə hər həftənin iş günləri saat 13:00-dək tanış ola bilərlər.
Əlavə məlumat üçün əlaqə telefonu: 050-334-02-90.












