İyunun 28-29-da ölkədə Qurban bayramı qeyd olunacaq.
FED.az xəbər verir ki, artıq bayram hazırlıqlarına da başlanıb. İndidən qurbanlıq heyvan alanlar da var. Ağdaş bazarında satıcılar deyirlər ki, qiymətlər ötən illərə nisbətən enib. Bayramqabağı isə bahalaşma gözlənilmir.
Satıcıların sözlərinə görə, heyvanlar satış üçün Bakıya aparıldıqda qiymət fərqi özünü göstərir.
Azərbaycanda qoyunların sayı azalaraq “kritik həddə” düşüb və bu, qiymətləri günbəgün tətikləyir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov da bildirib ki, qurban bayramına hazırlıq prosesi davam etdirilir.
İlkin Kərimov onu da qeyd edib ki, qurbanlıq heyvanların kəsimi, satışı ilə bağlı siyahı və əlavə digər zəruri məlumatlar da ictimaiyyətə açıqlanacaq. (Xezerxeber.az)