2023-cü il iyunun 23-də saat 11:00-da Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi, bina 22 ünvanda yerləşən Cəmiyyətin inzibati binasında “Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının Növbəti Ümumi Yığıncağı keçiriləcəkdir ( AR MM-nin 107-2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada yenidən çağırılan Ümumi Yığıncaq).
FED.az xəbər verir ki, səhmdarların növbəti Ümumi Yığıncağının gündəliyinə (gündəlik dəyişdirilmədən) aşağıdakı məsələlər daxil edilmişdir:
1. Cəmiyyətin 2021-ci il üçün illik və maliyyə hesabatları barədə;
2. Cəmiyyətin 2023-2024-cü illər üçün inkişaf perspektivləri və planları barədə; İzah olunur ki, bütün səhmdarlar Cəmiyyətin icra orqanı vasitəsi ilə qanunla müəyyən olunmuş qaydada və müddətlərdə Ümumi Yığıncağın gündəliyinin layihəsinə dair təkliflər vermək, gündəliyə daxil edilmiş bütün məsələlər barədə müvafiq sənədlərlə tanış olmaq hüququna malikdirlər. Mövcud olduğu təqdirdə səhmdarların Ümumi Yığıncağın gündəliyinin layihəsinə dair təklifləri və digər müraciətləri (ərizə, şikayət, təklif) yazılı formada təqdim edilməlidir.
Hazırlıq hərəkətləri qaydasında növbəti Ümumi Yığıncağın çağırılması ilə əlaqədar səhmdarların qəbulu Cəmiyyətin İdarə Heyətinin Sədri tərəfindən hər gün saat 10:00-dan 12:00-dək həyata keçirilir. Ümumi Yığıncaqda iştirak edən səhmdarlar bir qayda olaraq şəxsiyyət vəsiqəsini, səhmdarların nümayəndələri isə bir qayda olaraq şəxsiyyət vəsiqəsi və etibarnamə (etibarnamədə müvafiq səlahiyyətlər göstərilməklə) təqdim etməlidir.
Əlaqə telefonları: (050) 365-66-76 Poçt yazışmaları üçün ünvan: AZ 1003, Bakı şəhəri, SəbailXətai rayonu, Ziya Yusifzadə küçəsi,2 (Cəmiyyətin Müşahidə Şurasının yerləşdiyi inzibati bina).
Elektron poçt ünvanı: [email protected] İdarə Heyəti