İyulun 14-də saat “Boradigah Çay-2” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki,yığıncaqda aşağıdakı məsələlər müzakirə olunacaq:
1. Cəmiyyətin ləğv olunması.
2.Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi.
3. " Boradigah Çay-2" ASC-nin buraxılmış səhmlərinin (qiymətli kağızların) dövriyyədən çıxarılması və ləğv edilməsi;
4.Digər məsələlər.
İclas Masallı rayonu, Boradigah ŞTQ, Təbriz küç., ev 16 ünvanında keçiriləcək.
Xatırladaq ki, 2006-cı ildə yaradılmış “Boradigah Çay-2” ASC-nin nizamnamə kapitalı 699 min manat təşkil edir.