"Vulkan" ASC 2022-ci ilin maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri 226 min 550 manat olub. Bu da son bir illə müqayisədə 6 min 785 manat, yəni 3,1% çoxdur.
Satışın maya dəyəri isə 219 min 626 manat təşkil edib. Bu məbləğ də əvvəlki illə müqayisədə 3 min 82 manat (1,4%) çoxdur.
Şirkəti əməliyyat mənfəəti, ümumi mənfəəti və vergidən əvvəlki mənfəəti cəmi 6 min 924 manat olub. 2021-ci ilin göstəriciləri ilə müqayisədə bu göstərici 3 min 703 manat, yəni 2,1 dəfə çoxdur.
1 385 manat mənfəət vergi ödənişindən sonra şirkət 2022-ci ili 5 min 539 manat xalis mənfəət ilə başa vurub. ASC 2021-ci ili 2 min 577 manat xalis mənfəət ilə bağlamışdı. Bu da son bir ildə 2,1 dəfə artım deməkdir.
31 Dekabr 2022-ci il tarixində "Vulkan" ASC 488 min 387 manat cəmi aktivlərə malik olub. Aktivlər son bir ildə 21 min 116 manat, başqa sözlə 6,3% artıb. Aktivlərin 405 min 644 manatını uzunmüddətli, 82 min 743 manatını qısamüddətli aktivlər təşkil edib.
Öhdəliklər 23 min 581 manat, və ya 23,6% artaraq 123 min 587 manata yüksəlib. Öhdəliklərin 41 min 739 manatını uzunmüddətli, 81 min 848 manatını qısamüddətli öhdəliklər təşkil edib.
Şirkətin cəmi kapitalı hesabat dövründə 364 min 800 manat olub ki, bu da son bir ildə 5 min 535 manat, yaxud 1,5% artım deməkdir.
Şirkətin ödənilməmiş zərərin həcmi isə 79 min 779 manat olub. 2021-ci ildə isə bu rəqəm 85 min 314 manat idi. Beləliklə zərərin həcmində 6,5% azalma qeydə alınıb.