“Almet” ASC 2022-ci ilin hesabatını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkətin əsas vəsaitlərinin 417 min manat olub. Əvvəlki illə müqayisədə bu göstərici təqribən 41 min manat, yəni 9% azdır.
Şirkətin balans aktivləri və passivləri 837 min manata bərabər olub. Bu da illik müqayisə ilə 2 min manat, yaxud 0,2% çoxdur.
Kreditorlar üzrə vəsaitlər 522,5 min manat olub. Bu göstərici də son bir ildə cəmi 2 min manata yaxıb yəni 0,4% artıb.
Məhsulların satışından 52,7 manat yaxın mədaxil əldə olunub. Bu da illik 15,5 dəfə artım deməkdir.
Satılmış məhsulların məsrəfləri də son bir ildə 2 dəfə artaraq təxminən 35 min manata yüksəlib.
Şirkət bu il cəmi 5 min 432 manatlıq mənfəət əldə edə bilib. Halbuki, 2021-ci ildə 18 min 529 manat zərər etmişdi.