Veysəloğlu Şirkətlər Qrupunun nümayəndələri 1-ci və 2-ci Qarabağ müharibəsində, həmçinin Aprel döyüşləri və Tovuz istiqamətində gedən hərbi əməliyyatlar zamanı şəhid olmuş hərbi qulluqçuların ailələri, müharibə veteranları və əlillər olmaqla ölkə üzrə 170 ailəni ziyarət ediblər.
Eləcə də bax: "Veysəloğlu"nun dəstəklədiyi şahmatçı Avropa çempionatında qalib oldu
FED.az xəbər verir ki, görüşlər zamanı nümayəndələr Şirkətlər Qrupu adından şəhidlərimizin ailələrinə başsağlığı verib, dərdlərinə şərik olduqlarını bildiriblər. Qeyd edilib ki, bu gün Azərbaycanın bütövlüyünə görə şəhidlərimizə borcluyuq. Onlar əbədi olaraq yaşayacaq, xatirələri daim əziz qalacaq.
Əməkdaşlar eyni zamanda həm şəhid ailələrinin, həm veteran və əlillərimizin problemləri ilə maraqlanıb, onlara mənəvi dəstək olmağa çalışıblar.
Xatırladaq ki, Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində şəhid ailələri və qazilərimizə həssaslıqla yanaşır və bu istiqamətdə çoxsaylı layihələr həyata keçirir.
Belə ki, artıq Şirkətlər Qrupu 2-ci Qarabağ müharibəsində torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan 13 əməkdaşının ailəsini himayəyə götürüb. Bundan əlavə, 3-ü Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların ailələri olmaqla 4 şəhid ailəsinə də dəstək göstərilir, onlara hər ay təyin edilmiş məbləğdə maddi yardım olunur.
Şirkətlər Qrupu tərəfindən 1-ci Qarabağ savaşında iştirak etmiş 27 veteran döyüşçüyə hər ay maddi yardım ayrılır, həmçinin 200-dən çox şəhid ailəsi, Qarabağ qazisi və əlilinə ilboyu bayramlarda xüsusi yardım paketləri çatdırılır.
Hər zaman Azərbaycan dövlətinin, xalqının və ordusunun yanında olan Veysəloğlu Şirkətlər Qrupu bu istiqamətdə fəaliyyətlərini bundan sonra da davam etdirəcək.