"Suraxanı Maşınqayırma Zavodu" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 9900023491) yenidən təşkil olunur.
FED.az xəbər verir ki, ASC nizamnamə kapitalındakı səhmləri tamamilə dövlətə məxsus olan və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 411 ünvanında yerləşən "Suraxanı Maşınqayırma Zavodu" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 9900023491) nizamnamə kapitalındakı səhmləri tamamilə dövlətə məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 4 ünvanında yerləşən "Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu" Açıq Səhmdar Cəmiyyətinin ona qoşulması ilə yenidən təşkil olunub.
"Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: 9900024691) kreditorları 2 (iki) ay ərzində tələblərini AZ1042 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 411 ünvanına bildirə bilərlər.