"STS" şirkətinin təsisçilərinin 17 noyabr 2025-ci il tarixli qərarı ilə şirkətin nizamnamə kapitalı 84000 ABŞ dolları həcmindən 63000 ABŞ dolları azaldılıb.
FED.az xəbər verir ki, yeni nizamnamə kapitalının 21000 ABŞ dolları olması qərara alınıb.
Qeyd edək ki, "STS" şirkəti 30 noyabr 2004-cü ildə dövlə qeydiyyatına alınıb. Qanuni təmsilçisi Həsənov Sənan Balakişi oğludur. Şirkətin hüquqi ünvanı AZ1026, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr, ev.141 ünvanıdır.










