13.07.2024-cü il tarixində saat 15:00 "Soveks" ASC -nin səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, M. Seyidov küçəsi, ev 19A ünvanında baş tutacaq.
Ümumi yığıncağın gündəliyində aşağıdakı məsələlər müzakirə olunacaq:
1."Soveks" ASC-nin 2022-ci və 2023-cü ilər üzrə illik hesabatı;
2. Təşkilati məsələ: idarə heyəti sədrinin seçilməsi.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilənməsələlər.
Qeyd: Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 19A ünvanında həftənin bazar ertəsi - cümə günləri saat 14:00-dan 18:00-dək əldə etmək üçün hüquqşünasa müraciət edə bilərsiz .
Yığıncaqda şəxsiyyəti təsdiqləyən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirak etməkzəruridir.
Qeyd edək ki, Soveks ASC 10 oktyabr 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 154 min 646 manatdır. Qanuni təmsilçisi Azər Əlvəndov Aydın oğludur.