28 iyun 2024-cü il tarixinə saat 15:00-a təyin edilmiş "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağının gündəliyinə dəyişikliklər edilib.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxildir:
1. "Səba" Açıq Səhmdar Cəmiyyətinin 2023-cü il üçün illik (maliyyə) hesabatları barədə.
2. "Səba" ASC-nin törəmə cəmiyyətlərində iştirak payları, törəmə cəmiyyətlərin nizamnamə kapitalının artırılması və törəmə cəmiyyətlərin ümumi yığıncaqlarında təmsil edilmə barədə.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.
Yığıncaq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında keçiriləcək.
Əlaqə telefonu: +994124044441