2023-cü ilin yanvar-noyabr aylarında "Socar Polymer" MMC 277,9 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 103,7 milyon dollar və ya 59,5% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin ilk 11 ayı ərzində "Socar Polymer" MMC 174,2 milyon dollar dəyərində məhsul ixrac edib.