“PASHA Holding” MMC-nin tərkibində olan “PAŞA Malls” MMC-nin (PASHA Malls) nizamnamə kapitalı kəskin artırılıb.
FED.az xəbər verir ki, “PAŞA Malls” MMC-nin nizamnamə kapitalı 100 manatdan 2 milyon 814 min 776.5 manatadək artırılıb.
“PAŞA Malls” MMC kimi 29.09.2021-ci ilin sentyabrında qeydiyyata alınıb. Qanuni təmsilçisi Süleyman Yaman Sahındır.
Hüquqi ünvanı Az1010, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr. ev 153-də yerləşir.
Ölkənin ilk və ən böyük ticarət mərkəzləri qrupudur. Hazırda şirkət ümumilikdə 7 ticarət və əyləncə mərkəzini idarə edir: bunlardan 6 ticarət mərkəzi Bakı şəhərində, biri isə ölkənin ikinci ən böyük şəhəri olan Gəncə şəhərində yerləşməkdədir.
Qrupun portfelinə Bakının imzası və yeganə lüks ticarət mərkəzi olan – Port Baku Mall; Xəzər dənizinə açılan möhtəşəm terrası ilə şəhərin ən sevimli məkanları siyahısında ilklərdən olan - Dəniz Mall; Ölkənin ilk ticarət mərkəzlərindən biri - 28 Mall; Ən böyük beynəlxalq və yerli brend miks destinasiyası - Gənclik Mall; Bakının mavi səmasına açılan geniş tavanlı yeganə ticarət mərkəzi - Amburan Mall; Şəhərdən kənarda yerləşən, alış-veriş və əyləncə üçün sevimlilərdən biri olan - Şüvəlan Park; Ölkənin ikinci böyük şəhəri olan Gəncənin ən dəbdəbəli və müasir ticarət mərkəzi - Gəncə Mall daxildir.