Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu kapital bazarlarının alətlərindən də istifadə edərək sahibkarlıq subyektlərinə güzəştli vəsait ayırmağı planlaşdırır.
Eləcə də bax: Dövlət Fondu güzəştli faktorinq və lizinq - Təklif Edəcək
FED.az xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında Fondun İdarə Heyətinin sədri Kənan Nəcəfov bildirib.
"Məsələn ola bilər ki, gələcəkdə, seçilmiş şirkətlər istiqraz buraxsın, biz həmin istiqrazları alaraq, onlara kredit əvəzi maliyyə ayıraq. Biz bunu banklar ilə rəqabət apararaq deyil, onlar ilə birlikdə həyata keçirmək istəyirik. Digər ideyalar da var, həmin ideyalar reallaşanda məlumat veriləcəkdir",- Kənan Nəcəfov deyib.
Fondun sədri əlavə edib ki, zəmanət çox sərfəli mexanizmdir: "Biz istəyirik ki, pandemiyadan asılı olmayaraq zəmanət mexanizmini təqdim edək". (Marja)