Sahibkarlığın İnkişafı Fondu bazara yeni məhsullar təqdim etməyi planlaşdırır.
Eləcə də bax: Sahibkarlara verilən dövlət zəmanətli kreditlərin məbləği - Açıqlandı
FED.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransındaFondun İdarə Heyətinin sədri Kənan Nəcəfov bildirib.
“4 mərhələdə bazara yeni məhsullar təqdim edəcəyik. Hazırda Fond investisiya layihələri üçün kredit ayırır. Müşahidə edirik ki, dövriyyə vəsaiti üçün də kreditlərə ehtiyac var. 1-ci mərhələdə faktorinq və lizinq alətlərini təklif etmək istəyirik. Biz daha ucuz və güzəştli şərtlərlə faktorinq təqdim edəcəyik. Lizinq lizinq şirkətləri vasitəsilə veriləcəkdir”,- sədr deyib.
Kənan Nəcəfli qeyd edib ki, planlar çox genişdir:
“Digər yeni kredit və alətləri fikirləşirik. Məsələn, şirkətlərin emissiya etdiyi istiqrazları alaraq onlara dəstək vermək istəyirik”. (Marja)