Azərbaycanın aparıcı audit şirkəti olan "Reanda Azərbaycan" MMC-nin rəhbər heyəti Bakıda keçirilən "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi"ni qonaq qismində ziyarət edib.
FED.AZ xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən sərgidə "Reanda Azərbaycan" MMC-ni direktor Rahim Manafovun rəhbərliik etdiyi nümayəndə heyəti təmsil edib.
Yerli bizneslərin fəaliyyətinin tanıdılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və yeni işgüzar əlaqələrin qurulması məqsədilə təşkil olunan sərgi müxtəlif sahələri təmsil edən şirkətləri bir araya gətirib.
Sərgi çərçivəsində "Reanda Azərbaycan" şirkəti iştirakçılara özünün peşəkar xidmətləri - audit, mühasibatlıq, vergi və konsaltinq xidmətlərini iştirakçılara təqdim edib, şirkətin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Tədbir zamanı şirkət nümayəndələri sahibkarlar və biznes tərəfdaşları ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Qeyd edək ki, "Reanda Azərbaycan"ın sərgidə iştirakı şirkətin yerli biznes mühitində mövqeyinin daha da gücləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və xidmətlərinin daha geniş auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyıb. Şirkət gələcəkdə də ölkədə sahibkarlığın inkişafına dəstək verən və biznes əlaqələrinin genişlənməsinə töhfə verən tədbirlərdə fəal iştirakını davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, sərgi iyunun 20-dək davam edəcək.















