08 oktyabr 2025-ci il tarixdə “NORM” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının iclası keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında baş tutacaq.
Ümumi yığıncağın gündəliyində aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin strateji layihələrinə dair müzakirələrin aparılması və müvafiq qərarların qəbul edilməsi;
2. Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirə edilməsi və müvafiq qərarların qəbul edilməsi.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək əldə etmək olar.