"Neftçala Nohur Balıqçılıq" ASC-nin səhmdarları toplanır.
FED.az xəbər verir ki, növbədənkənar ümumi yığıncaq 26 dekabr 2025-ci il saat 11.00-da Neftçala rayonu, Kürkənd kəndində cəmiyyətin inzibati ərazisində keçiriləcək.
İclasın gündəliyinə aşağıdakı məsələr durur:
1. Cəmiyyətin idareətmə orqanlarının formalaşdırılması.
2. Digər məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə materiallarla cəmiyyətin yerləşdiyi Neftçala rayonu, Kürkənd kəndində cəmiyyətin inzibati ərazisində və ya qeyd olunan nömrə ilə əlaqə saxlamaqla tanış olmaq mümkündür.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (055)611-17-21 "Neftçala Nohur Balıqçılıq" ASC-nin icra orqanı.
Xatırladaq ki, ASC 16 iyun 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 88 min 260 manatdır və qanuni təmsilçisi Müseyib Vüqar oğlu Mütəllimovdur.













