30 dekabr 2025-ci il tarixində, saat 11:00-da "Zərif Mahud” Açıq Səhmdar Cəmiyyətində (VÖEN: 1600303371, hüquqi ünvan: AZ1031, Bakı Şəhəri Nizami Rayonu, Zəki Məmmədov, Ev.3) səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 2405 ünvanında Wyndham Garden Baku otelində baş tutacaq.
Yığıncaqda müzakirə olunması nəzərdə tutulan məsələlər aşağıdakılardır:
1. “Zərif Mahud” ASC-nin hazırki statusunun və cari vəziyyətinin müzakirəsi;
2. Digər məsələlər.
Gündəlikdə nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün [email protected] e-mail ünvanına müraciət edə bilərsiniz.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi təqdim etməyiniz xahiş olunur.













