2023-cü ilin yanvar-sentyabr aylarında "Mors Trading" MMC 19,8 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, "Mors Trading" MMC qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində sonuncu yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,4 milyon dollar 32,2% azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 9 ayı ərzində "Mors Trading" MMC 29,2 milyon dollar dəyərində məhsul ixrac edib.