2023-cü ilin yanvar-sentyabr aylarında "P-Aqro" MMC 28,7 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, "P-Aqro" MMC qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 7-ci yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,9 milyon dollar 3,2% artıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 9 ayı ərzində "P-Aqro" MMC 27,8 milyon dollar dəyərində məhsul ixrac edib.