25 dekabr 2023-cü il saat 12:00-da "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil olunaraq "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilməsi;
2. "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının onlara məxsus paylarının "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalından təhvil aktına müvafiq qaydada hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq çevrilmə yolu ilə yaradılan "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalına keçirilməsi;
3. "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin əmlakının, hüquq və vəzifələrinin təhvil aktına müvafiq qaydada hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq çevrilmə yolu ilə yaradılan "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçirilməsi;
4. "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalından payların, "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin əmlakının, hüquq və vəzifələrinin müvafiq olaraq hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq çevrilmə yolu ilə yaradılan "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçirilməsi ilə əlaqədar tərtib edilmiş təhvil aktının təsdiq edilməsi və təhvil aktını imzalamaq səlahiyyətlərinin "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin direktoruna həvalə edilməsi;
5. "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi ilə əlaqədar təsdiq edilmiş təhvil aktı üzrə müstəqil auditor yoxlanmasının aparılması və auditor rəyinin təqdim edilməsi üçün auditor "MOORE STEPHENS AZƏRBAYCAN" MMC ilə müvafiq müqavilənin bağlanması;
6. "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq çevrilən "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinin hazırlanması, ona müvafiq əlavə və dəyişikliklərin edilməsi;
7. "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi ilə əlaqədar təhvil aktına müvafiq qaydada "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətindən yenidən təşkil olunan "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçən əmlakın tərkibinin təsdiqi;
8. "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq çevrilməsi ilə əlaqədar onun təsis sənədlərində edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi və bununla əlaqədar zəruri səlahiyyətlərin həyata keçirilməsinin yenidən təşkil olunmuş "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruna həvalə edilməsi;
9. Digər məsələlər.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küç. 35
Əlaqə tel. +994 55 654 55 55
Yığıncağın gündəliyinə dair sənədlərlə "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial qaydada təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.