"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus iki şirkət ləğv edilir.
“Təsərrüfat İdarəsi” və “Lokomotiv Servis” MMC-lər ləğv olunur.
FED.az xəbər verir ki, ləğv olunan şirkətlər “Təsərrüfat İdarəsi” MMC və “Lokomotiv Servis” MMC-dir .
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Təsərrüfat İdarəsi” 10.05.1996-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır.
Qanuni təmsilçisi Fərid Hüseynov Şamo oğludur.
“Lokomotiv Servis” 16.03.2021-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 200 manatdır. Qanuni təmsilçisi Yadigar Şirməmmədov Mübariz oğludur.