Baş ofisi İstanbulda yerləşən Getir şirkəti 2500 nəfəri işdən çıxaracağını və şirkətin Türkiyə, İngiltərə, Almaniya, Hollandiya və ABŞ-da fəaliyyətini davam etdirəcəyini açıqlayıb.
“Domino’s Pizza”nın Rusiya bölməsi - İFLAS PROSESİNƏ BAŞLADI
FED.az xəbər verir ki, ultra sürətli çatdırılma vəd edən şirkətlər xərcləri azaltmağa başlayıblar. Bunun səbəbi, Covid-19 pandemiyası zamanı sektora sərmayə yatıran investorların gəlirlilik üçün aydın bir yol tələb etmələridir.
2022-ci ilin mart ayında 11,8 milyard dollar dəyərində olan Getir-in geri çəkilmə qərarı şirkətin Fransa, İtaliya, Portuqaliya və İspaniya bölmələrini bu ilin əvvəlində bağladıqdan sonra verilib.
İxtisar ilə bağlı bəzi təfərrüatlar bazar ertəsi Insider tərəfindən yayımlanıb. Mövzuya yaxın mənbələrdən əldə edilən məlumata görə, “Getir”in qurucusu və baş icraçı direktoru Nazım Salur iyul ayında bütün işçilərin iştirak etdiyi toplantıda qazanc gətirən yeganə vahidin Türkiyə bazarı olduğunu bildirib.
Digər tərəfdən, Getirin mətbuat açıqlamasında, şirkətin əməliyyat səmərəliliyini artırmaq üçün qlobal idarəetməni yenidən qurmaq qərarına gəldiyi bildirilib.
Açıqlamada, "Getir ekosistemində kuryerlər, anbar işçiləri və ofis işçiləri də daxil olmaqla 5 ölkədə təxminən 23 min işçi var. Ancaq təəssüf doğuran qərarımızla komandamızı ixtisar edirik və fəaliyyət göstərdiyimiz bazarlardakı təxminən 2500 işçi ilə yollarımızı ayırırıq",- deyilir. (Marja)