Rusiyada “Domino`s Pizza” brendini idarə edən Hollandiyanın “DP Eurasia” şirkəti oradakı bölməsini satmaq cəhdlərini dayandırıb və iflas prosesinə başlayıb.
Rusiyanın xarici ticarətdə rubla və dost ölkələrin valyutalarına keçməsi problem yaradıb - QITLIQ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, şirkət bu addımın “getdikcə çətinləşən mühit”lə bağlı olduğunu izah edib. Qeyd edək ki, onun Rusiya bölməsinin xarici borcu 520 milyon rubl təşkil edir.
Martın ortalarında, Rusiyanın Ukraynada hərbi əməliyyata başlamasından və ölkədə xarici biznesin mövcudluğunu azaltmasından qısa müddət sonra “DP Eurasia” Rusiya bazarına investisiyaları dayandırdığını elan edib.
Biznesin satılması ehtimalı dekabrda araşdırılmağa başlayıb. Şirkət “Rusiyadakı mövcudluğunu, sanksiyaların təsirini və müştərilərinə xidmət göstərməyə davam etmək qabiliyyətini qiymətləndirməyə” başlayıb.