“Coca-Cola”nın 2021-ci ildə gəliri 17% artaraq 38,7 milyard dollar təşkil edib.
Eləcə də bax: "Coca-Cola"nın bəzi məhsullarında defisit yaranacaq - QİYMƏTLƏR ARTACAQ
FED.az xəbər verir ki, səhm üzrə mənfəət 26% artaraq 2,25 dollara çatıb.
Dördüncü rübdə şirkətin rüblük gəliri 10% artaraq 9,5 milyard dollara yüksəlib.
Eyni zamanda, marketinqə investisiyaların artması və rübün altı gün az olması səbəbindən əməliyyat mənfəəti 28% azalıb. Şirkətin əməliyyat mənfəəti illik 10% artıb.
Nyu-York birjasında Coca-Cola səhmləri 1,72% (62,06 dollar) bahalaşıb. (Marja)