Coca-Cola cari ilin 3-cü rübün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artaraq, 10,04 milyard dollara çatıb.
Şirələr, süd məhsulları və bitki tərkibli içkilərdə satış 12%, idman içkilərində 5%, Costa markalı kofelərdə 19% böyüyüb. Əməliyyat marjası 30%-ə çatıb, xalis mənfəət 42% artaraq, 2,47 milyard dollar təşkil edib.
Coca-Cola 2021-ci il üzrə ümumi gəlir artımının 13-14% olacağını proqnozlaşdırır. Bununla belə, bir sıra xammal və məhsullarda həm təchizat problemləri, həm qiymət artımı xərcləri də yüksəldib. Bu baxımdan, baş direktor Ceyms Kuinsey 2022-ci ildə bəzi məhsullarda defisit yaranacağını, məcburi qiymət artımlarına getməyin mümkün olduğunu bildirib. (Marja)