"Chelebi" MMC nizamnamə kapitalının azaldıldığını elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 4 645 033 manatdan 4 582 033 manata endirilib. Beləliklə, kapital 63 000 manat azaldılıb.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar olaraq kreditorlar öz tələblərini elan dərc edildiyi tarixdən etibarən bir ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi 151 ünvanında yerləşən satış mağazasına təqdim edə bilərlər.












